Qayınatanın gəlini və özünü öldürdüyü evdən- - Görüntülər

qayinatanin-gelini-ve-ozunu-oldurduyu-evden-
Oxunma sayı: 5121


“Qafqazinfo” APA TV-yə istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, ölkədə əsas müzakirə mövzusuna çevrilən olay bu gün baş verib. Belə ki, 1965-ci il təvəllüdlü qayınata Araz Kişiyev gəlini 1978-ci il təvəllüdlü Sevinc Balakişiyevanı, daha sonra isə özünü öldürüb.

Məlum olub ki, qətl ailə münaqişəsi zəminində baş verib. Oğlunun özündən 12 yaş böyük olan Sevinc Balakişiyeva ilə evlənməsinə razı olmayan ata gəlininin boğaz nahiyəsindən, daha sonra isə öz damarlarını kəsib.

Binada işləyən fəhlələrin bildirdiyinə görə, Araz Kişiyev bu gün səhər saatlarında evə gəlib və az sona evdən qışqırıq səsləri eşidilib. Onlar evə daxil olmaq istəsələr də, qapının bağlı olduğunu görüblər. Daha sonra hadisə yerinə evin sahibi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib