“Qayınatası onu söydü, Ehram da döyməyə başladı”

qayinatasi-onu-soydu-ehram-da-doymeye-basladi
Oxunma sayı: 1306

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə şahidlər dindirilib.

Binəqədi rayon məhkəməsinin icraçısı Vüqar Alıyev bildirib ki, E.Məcidov uşaqları ilə onun xidməti otağında görüşüb, həmin vaxt keçmiş qayınatası Bəhruz Dilbazi də orada olub: “Bəhruz Ehramı söydü, Ehram da onu döyməyə başladı. Amma onun əlində beşbarmaq yox idi”. 

Daha sonra Bəxtiyar İsmayılov və digər icraçılar dindirilib. Onların istintaq ifadələrində hadisənin birbaşa şahidi olduqları qeyd olunsa da, onlar məhkəmədə bunu təkzib ediblər. Məlum olub ki, ifadələrin altından atılan imzalar icraçılara məxsus deyil. 

Proses martın 11-də davam etdiriləcək.

İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub.