Qayınatasını bıçaqlayaraq öldürdü - Lənkəranda

qayinatasini-bicaqlayaraq-oldurdu
Oxunma sayı: 2182

Qayınatası Şirzad Əmənovu qətlə yetirən Lənkəran şəhərində yaşayan Rasim İsmayılov saxlanılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 21-də Lənkəran şəhərində yaşayan Rasim İsmayılov evinin yaxınlığında münaqişə zəminində qayınatası Şirzad Əmənova bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş 62 yaşlı Ş.Əmənov orada ölüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən R.İsmayılov saxlanılıb.