Qayıq tapıldı, balıqçılar yox

qayiq-tapildi-baliqcilar-yox
Oxunma sayı: 645

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də itkin düşən balıqçıların qayığı görülmüş tədbirlər nəticəsində Pirallahı adasından təqribən 30 km şimala doğru dənizdə çevrilmiş vəziyyətdə tapılıb.

Qeyd edək ki, fevralın 21-də Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparıb.

Balıqçıların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.