Qaynını öldürənə 13 il həbs verildi

qaynini-oldurene-13-il-hebs-verildi
Oxunma sayı: 641

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Fərəcov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T.Fərəcov bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə bayramlaşmağa gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.

T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.

Murad Əhməd