Qaz-24 yandı

qaz-24-yandi
Oxunma sayı: 655

ANS TV-nin məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, Elşad Məmmədova məxsus “Qaz-2410” markalı nəqliyyat vasitəsi Vaqif küçəsilə hərəkətdə olan zaman qəfildən alışaraq yanmağa başlayıb. Yanğının qarşısı əvvəlcə hadisə şahidlərinin köməkliyilə alınıb.

Hadisə yerinə çağrılmış yanğınsöndürmə briqadasının əməkdaşları isə alovun maşını tamamilə cənginə almasına imkan verməyiblər. Yanan maşında sürücü ilə yanaşı 2 nəfər sərnişin də olub. Onların yanan maşından vaxtında çıxa bilməsi hadisədən xəsarətsiz ötüşmələri ilə nəticələnib.