Qaz çəkdirmək pulsuz olacaq - Rövnəq Abdullayev+Video

Qaz çəkdirmək pulsuz olacaq
Oxunma sayı: 6104

Zaqatala royununun Mosul kəndində qaz açılışına qatılan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev önəmli açıqlama verib.

“Qafqazinfo”nun Region TV-yə istinadən məlumatına görə, Neft Şirkətinin rəhbəri bildirib ki, yeni sistəmə görə, yanvar ayının birindən qaz çəkilişində bütün texniki şərtlər “ASAN Xidmət” vasitəsilə həyata keçiriləcək.

Rövnəq Abdullayevin sözlərinə görə, artıq evinə, təsərrüfatına qaz çəkdirmək istəyən şəxs lazımi sənədləri toplamaqla “ASAN Xidmət”ə müraciət edib çəkiliş üçün icazəni onlardan alacaq və bu proses pulsuz olaraq həyata keçiriləcək.

Yeni atılan bu addım qaz çəkilişində yaranan problemlərin, qeyri-qanuni pul ödənişlərinin aradan qaldırılmasına hesablanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi