“Qaz işçilərinin əmək haqqı veriləcək”

qaz-iscilerinin-emek-haqqi-verilecek
Oxunma sayı: 657

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri açıqlamasında qeyd edib ki, belə hallar Nizami, Yasamal və Nərimanov rayonları ərazisində baş verib: “Qaz idarələrinin bəzi işçiləri bayram günündə işə cəlb edilib. İşəgötürən bayram günlərində işləyən işçilərə əlavə əmək haqqı ödəməli olsa da bunu etmir”.

Sözügedən məsələ ilə bağlı “Qafqazinfo” Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Araz Ağayevden münasibət öyrənib. Araz Ağayev qeyd edib ki, əməkhaqqı məsələləri Əmək Məcəlləsi ilə tənzimlənir: ”Hər hansı müəssisədən olan işçilər əmr əsasında bayram günlərində işə cəlb olunubsa, təbii ki, onların əmək haqqı ödəniləcək. Hələ ayın bitməsinə var. Mart ayının maaşı aprelin əvvəllərində verilir. İndidən bunu ictimailəşdirməkdə nə məntiq var? Təbii ki, işçilərin əmək haqqısı ayın əvvəlində veriləcək”.

Günel