Qaz kəməri partladılıb

qaz-kemeri-partladilib
Oxunma sayı: 643

Hadisə Əl-Ariş şəhərindən 30 kilometr aralıda baş verib, nəticədə ziyan dəymiş boru üzrə qazın nəqli dayandırılıb. Xəsarət alan olmayıb. Misirin təhlükəsizlik orqanları partlayışın növbəti təxribat olduğunu ehtimal edir.

Partlayış bu ilin fevralından bəri 7-ci analoji hadisədir. Misir-İsrail-İordaniya qaz kəməri sonuncu dəfə sentyabrın 27-də partladılmışdı. Son 1 ildə Sinay yarımadasındakı qaz boru kəmərində törədilmiş terror aktları nəticəsində kəmərin işi ümumilikdə 220 sutka dayandırılıb.

ANS PRESS