Qaz olmayacaq

qaz-olmayacaq
Oxunma sayı: 1079

Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xətti üzərindəki qaz tənzimləyicinin əvəzlənməsi, yeni çəlikmiş 200mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və qaz sızmalarının ləğv olunması ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, “Azəriqaz” İB -dən Trend-ə verilən məlumata görə, görulən işlər zamanı Yasamal,Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.