Qaz olmayacaq

qaz-olmayacaq
Oxunma sayı: 1403

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq. 

“Azəriqaz” İstehsal Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bu müddət ərzində “Qaz İxrac” İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.