Qazanxanaya cavabdeh şəxs cərimələndi

qazanxanaya-cavabdeh-sexs-cerimelendi
Oxunma sayı: 1335

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, araşdırma zamanı sözügedən ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı məlum olub. 

Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimə olunub. Belə hallara yol verilməməsi üçün istixanaya icrası məcburi olan “məcburi göstəriş” verilib.