“Qazax Konserv Zavodu” kartof məhsullarının istehsalına başlayır

qazax-konserv-zavodu-kartof-mehsullarinin-istehsalina-baslayir
Oxunma sayı: 1061

Yüksək istehsal potensialına malik, Avstraliya istehsalı olan son dərəcə müasir avadanlıqlar vasitəsilə kartofun yuyulması, soyulması dilimlənməsi və qızardılması prosesləri tam əhatə olunur. İnsan əli dəymədən aparılan bu proseslər yüksək keyfiyyətli istehsalın təminatçısı olacaq. Zavod xammalını yerli əkinçilərdən təmin etməyi planlaşdırır. Bu da bölgədəki fermerlərin gəlirlərinin artmasına və kartofçuluğun inkişafına mühüm töhfə olacaqdır. “Azərsun Holdinq” kartofçuluq üzrə ixtisaslaşmış bölgələrdə yüksək keyfiyyətli və məhsuldar kartof növlərinin becərilməsi üçün geniş maarifləndirmə işləri aparacaq.