Qazaxda bıçaqlanma

qazaxda-bicaqlanma
Oxunma sayı: 633

Axşam saatlarında Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinaun Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov Namiq Əli oğlu hazırda məlum olmayan səbəbdən naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, qarın nahiyəsindən 1 bıçaq yarası ilə Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qazax rayon Polis şöbəsindən verilən məlumata görə, hadisənin kim tərəfindən törədildiyi və səbəbi araşdırılır.