Qazaxda düşmənə qarşı istinad divarlarının çəkilməsi başa çatdı

qazaxda-dusmene-qarsi-istinad-divarlarinin-cekilmesi-basa-catdi
Oxunma sayı: 3302

Qazax rayonunun düşmənə ən yaxın yaşayış məntəqəsi olan və birbaşa təmas xəttində yerləşən Məzəm kəndində evlərin qarşısına istinad divarlarının çəkilməsi başa çatıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, kənd sakinlərinin yaşayış şəraitlərinin yaxşılaşdırılması və təhlükəsizliklərinin təmin olunması üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ötən il atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 21 evin qarşısına müdafiə hasarları çəkilib.

Vətəndaşların müraciətləri nəzərə alınaraq, kənddə bu il daha 12 evin qarşısına 3 metr hündürlüyü olan müdafiə hasarlarının çəkilməsi işləri başa çatdırılıb.

Qeyd edək ki, 65 evdən ibarət olan kənddə müxtəlif vaxtlarda 8 nəfər şəhid olub. Onlardan 4-ü torpaqlarımızın müdafiəsi zamanı şəhid olublar. 4 nəfər dinc sakin isə qeyri-döyüş şəraitində güllələniblər.