Qazaxda iki “VAZ” toqquşdu, 3 nəfər yaralandı

qazaxda-iki-vaz-toqqusdu-3-nefer-yaralandi
Oxunma sayı: 631

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
 
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.