Qazaxda maşın ağaca çırpıldı

qazaxda-masin-agaca-cirpildi
Oxunma sayı: 802

Qazaxda minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Qazax rayonunun Çaylı kəndində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.