Qazaxda maskalı basqın

qazaxda-maskali-basqin
Oxunma sayı: 637

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinə basqın edən maskalı naməlum şəxs orada operator işləyən Akif Hüseynovu ov tüfəngi ilə hədələyərək, yerə uzanmasını tələb edib.

Akif Hüseynov ona tabe olmayıb və əlbəyaxa davaya keçib. Daha sonra maskanı onun başından çıxardıb. Naməlum şəxs hadisə yerindən qaçıb.

Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Oruc Mahmudov tutulub. Araşdırmalar zamanı onun hadisəni sərxoş halda törətdiyi məlum olub.