Qazaxda yol kənarında partlamış mərmilər tapıldı - Fotolar

qazaxda-yol-kenarinda-partlamis-mermiler-tapildi
Oxunma sayı: 672

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində mərmi tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd partlamış-yanmış top mərmisi (2 ədəd 122 mm-lik OF-56, 1 ədəd 100 mm-lik OF-412 və 2 ədəd 76 mm-lik OF-350) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.