Qazaxıstan kiril əlifbasından imtina edir

Qazaxıstan kiril əlifbasından imtina edir
Oxunma sayı: 669

Son 100 ildə üç dəfə əlifba dəyişən Qazaxıstan növbəti dəyişikliyə hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev kiril əlifbasından imtina edilərək yenidən latın qrafikalı əlifbaya keçid ediləcəyini açıqlayıb.

Nazarbayev bununla da Rusiyadan asılı olmadıqlarının sübut olunacağını deyib.

Qeyd edək ki, Qazaxıstanda 1920-ci illərə qədər ərəb, 1920-1940-cı illərdə latın əlifbasından istifadə edilir. 1940-cı ildə isə kiril əlifbasına keçid olub və bu günə qədər də işlənilir. 18 milyon əhalisi olan ölkənin rəsmi dili qazax, ikinci dili isə ruscadır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi