Qazaxıstan Məclisində 3 partiya təmsil olunacaq

qazaxistan-meclisinde-3-partiya-temsil-olunacaq
Oxunma sayı: 650

Rəsmi nəticələr açıqlanmasa da, rəy sorğuları hakim partiyanın 15 yanvar seçkisində səslərin 81 faizini aldığını göstərir.

“Media forum” saytının məlumatına görə, 7 faizlik həddi “Ak jol” və Kommunist Xalq partiyaları da keçib. Hər biri 7,3 faiz səs toplayan partiyalar ilk dəfə Məclisdə təmsil olunacaqlar. İndiyədək parlamentin aşağı palatası bütünlüklə “Nur Otan” Partiyasının deputatlarından ibarət idi.

Qazaxıstana 1989-cu ildən Nursultan Nazarbayev rəhbərlik edir.