Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib - Foto

qazaxistan-parlamentinin-spikeri-azerbaycana-gelib
Oxunma sayı: 1489

Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfəri başlayıb.
 
“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, Heydər Əliyev Beynəlxalq HavaLimanında qonağı Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.
 
Fevralın 2-dək davam edəcək səfər zamanı N. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində o, Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyini də ziyarət edəcək.