Qazaxıstan prezidenti ABŞ-a səfər edir

qazaxistan-prezidenti-abs-a-sefer-edir
Oxunma sayı: 1112

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hökumət başçısı Vaşinqtona çatıb. Səfər zamanı prezident Nursultan Nazarbayev amerikalı həmkarı Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək”,-deyə məlumatda bildirilir.

Bundan əlavə, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.