Qazaxıstan qırğız deputatı həbs etdi - Nota göndərildi

qazaxistan-qirgiz-deputati-hebs-etdi
Oxunma sayı: 2038

Qazaxıstanda genişmiqyaslı xüsusi əməliyyat zamanı aralarında gömrük işçiləri, brokerlər, kriminal aləmin üzvləri və hüquq mühafizə orqanları əməkdaşları olmaqla 29 nəfər saxlanılıb.

“Qafqazinfo” qırğız KİV-nə istinadən xəbər verir ki, saxlanılanlar arasında Qırğızıstan parlamentinin deputatı Asılbek uulu Damirbek də olub. 

Xüsusi əməliyyat fevralın 15-16-da keçirilib. Məqsəd sərhəd ərazilərdə qaçaqmalla məşğul olan mütəşəkkil cinayətkar qrupun fəaliyyətinə son qoymaq olub. Alma-Ata məhkəməsi bütün saxlanılanlar haqda həbs qərarı çıxarıb. 

Faktla bağlı Qırğızıstan XİN-i Qazaxıstana nota göndərib. 

Deputatın hansı səbəblə saxlanıldığı açıqlanmır. Hazırda Qırğızıstan tərəfi baş vermiş hadisənin təfərrüatlarını araşdırır.