Qazaxıstan terrorçuları vətəndaşlıqdan çıxarır - Parlament təsdiqlədi

qazaxistan-terrorculari-vetendasliqdan-cixarir
Oxunma sayı: 634

Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları terror fəaliyyəti ilə məşğul olanların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlıqdan məhrumetmə xüsusi ağır terror cinayətləri törədildikdə, ölkənin milli maraqlarına ağır zərbə vurduqda nəzərdə tutulacaq. 

Bura soyqırım, separatçı fəaliyyət, ekstremist qruplaşma yaratmaq, rəhbərlik etmək və ya onun fəaliyyətində iştirak etmək daxildir. 

Sənəd imzalanması üçün prezident Nursultan Nazarbayevə göndəriləcək.