Qazaxıstana getmək istəyirdi, pul və telefonunu oğurladılar - Fotolar

qazaxistana-getmek-isteyirdi-pul-ve-telefonunu-ogurladilar
Oxunma sayı: 2583

Bakıda Kürdəmir sakininin başına iş gəlib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Şilyan kəndindən olan Dəyanət Əfraim oğlu Əziməmmədov Qazaxıstana getmək istəyib. Lakin onun pulu və telefonu oğurlanıb.

Həmin şəxs iki gündür ki, “Həzi Aslanov” metrosunun yaxınlığında küçədə qalır.

D. Əziməmmədovu tanıyanlardan aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur:

Mobil: (055) 918-00- 90