Qazaxıstanda ağır qəza, 11 nəfər öldü

qazaxistanda-agir-qeza-11-nefer-oldu
Oxunma sayı: 1321

Qazaxıstanda sərnişin avtobusu ağır yol qəzası törədib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Almatı-Daşkənd ərazisində Korday rayonunda baş verib. Məlumata görə, “Toyota Camry” markalı avtomobil yol kənarında park halında olan yük maşını ilə toqquşub. Bu zaman hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəyərkən yoldan çıxaraq aşıb. Nəticədə 11 nəfər dünyasını dəyişib, 26-sı isə yaralanıb.  

Aysel Kərimova