Qazaxıstanda seçki nəticələrinə etiraz edən 957 nəfər saxlanılıb

Qazaxıstanda seçki nəticələrinə etiraz edən 957 nəfər saxlanılıb
Oxunma sayı: 261

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərindən bugünə qədər ölkədə nəticələrə etiraz edən 957 nəfər saxlanılıb və inzibati məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun “Tengrinews.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluqda İctimai Maraqların Müdafiəsi Xidmətinin rəisi Saparbek Nurpeyisov 13 iyunda keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, saxlanılanlardan 670 nəfər haqqında inzibati həbs qərarı verilib, 115 nəfər cərimələnib, 172 nəfər isə xəbərdarlıq alıb. 

Qeyd edək ki, 9 iyun seçkilərində 70,76 faiz səslə Kasım-Jomart Tokayev qalib gəlib. 

9-10 iyun tarixlərində Alma-Ata və Nur-Sultanda seçkilərin nəticələrinə etiraz olaraq razılaşdırılmamış aksiyalar keçirilib. Səsvermə günü bu şəhərlərdə təxminən 500, növbəti gün isə 200 nəfər saxlanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi