Qazaxıstanda seçkilərə 25 milyon dollar ayrılacaq

Qazaxıstanda seçkilərə 25 milyon dollar ayrılacaq
Oxunma sayı: 282

Qazaxıstan hökuməti iyunun 9-da keçiriləcək prezident seçkilərinə dövlət büdcəsindən 24,8 milyon dollar ayıracaq.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, maliyyə naziri Berik Şolpankulov daha öncə bəyan etmişdi ki, Mərkəzi Seçki Komissiyası 32 milyon dollar ayırmağı tələb etmişdi.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursulıtan Nazarbayev martın 19-da istefa verib. Onun yerinə parlamentin spikeri Kasım-Jomart Tokayev gəlib. Bu dəyişiklikdən sonra ölkədə daha bir önəmli hadisə baş verib. Belə ki, yeni prezident paytaxt Astananın adını dəyişərək Nur-Sultan qoyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi