Qazaxıstanda təxminən 4 min insan saxlanılıb

qazaxistanda-texminen-4-min-insan-saxlanilib
Oxunma sayı: 1298

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərindən bugünə qədər ölkədə nəticələrə etiraz edən təxminən 4 min insan saxlanılıb.

“Qafqazinfo”nun “sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili işlər naziri Yerlan Turqumbayev bildirib.

“Saxlanılan şəxslərdən 3 min nəfərə xəbərdarlıq edilərək sərbəst buraxılıb. 677 nəfər inzibati məsuliyyətə cəlb edilib, 305 nəfər cərimələnib”, - deyə nazir vurğulayıb. 

O, kütləvi aksiyalarda 300-dən çox polis əməkdaşının yüngül xəsarət aldığını, onlardan altısının hazırda xəstəxanada müalicə olunduğunu sözlərinə əlavə edib. 

Qeyd edək ki, 9 iyun seçkilərində 70,76 faiz səslə Kasım-Jomart Tokayev qalib gəlib. Alma-Ata və Nur-Sultanda seçkilərin nəticələrinə etiraz olaraq razılaşdırılmamış aksiyalar keçirilib.