Qazaxıstanda təyyarə qəzaya düşdü - Göyərtədəki 5 nəfər öldü

Qazaxıstanda təyyarə qəzaya düşdü
Oxunma sayı: 439

Qazaxıstanda “An-28” tipli təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, radarlardan itən təyyarə Alma-Atı yaxınlığında qəza törədib. Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Komissiyasının rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan 5 nəfər həlak olub.

Təyyarənin birinci pilotu Qırğızıstan, ikinci pilotu isə Qazaxıstan vətəndaşı olub.

Bundan əlavə, göyərtədə iki tibb işçisi- professor, ginekoloq Talqat Patsayev və həkim-reanimatoloq Janibek Artıkbayev olub. Onlar ağır vəziyyətdə olan xəstəyə kömək etməli imişlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi