Qazaxıstandakı partlayışda 89 nəfər yaralanıb

qazaxistandaki-partlayisda-89-nefer-yaralanib
Oxunma sayı: 786

İyunun 24-də Qazaxıstanın Türkistan vilayətinin Arıs şəhərində hərbi hissədə baş vermiş güclü partlayış nəticəsində 2 nəfər həlak olub, 89 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Səhiyyə naziri Elcan Birtanov məlumat verib.

Onun sözlərinə görə, yaralı şəxslər Şımkent rayon xəstəxanasına yerləşdiriliblər. 

“Ümumilikdə 165 nəfər tibbi kömək üçün müraciət edib, 89 nəfər xəstəxanaya yerləşdirilib. 15 nəfər reanimasiyadadır”, - deyə nazir bildirib.

Qeyd edək ki, partlayışdan sonra Arıs şəhər əhalisi Şımkent rayonuna təxliyyə edilib. Şəhərin təxminən 43 min sakini var.