“Qazel” qatarla kəllə-kəlləyə gəldi - Foto

qazel-qatarla-kelle-kelleye-geldi-foto
Oxunma sayı: 686

SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 14.00 radələrində Şirvan şəhəri ərazisindən keçən dəmir yolu ilə Naxçıvan prospektinin kəsişməsində “Azenco” şirkətinə məxsus “Qazel” markalı 90 AJ 170 dövlət nömrə nişanlı avtoqaldırıcı qorunmayan dəmiryolu keçidini keçərkən qatarla toquşub. Nəticədə avtomobildə olan 3 nəfərdən ikisi - Şirvan sakini 1956-cı il təvəllüdlü Qurbanəliyev Yafik Musa oğlu və Saatl sakini 1950-ci il təvəllüdlü Niftəliyev Teyyub Əsəd oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Şirvan dəmir yol polisində araşdırma aparılır.