“Qazel”lə piyadanı vurub qaçdı

qazelle-piyadani-vurub-qacdi
Oxunma sayı: 645

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 8-də qeydə alınıb. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Əsədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Qazel” markalı avtomobilin sürücüsü, Bərdə şəhər sakini N.Məmmədov saxlanılıb.