“Qazi Qarabağ azani” İranda səslənəcək

qazi-qarabag-azani-iranda-seslenecek
Oxunma sayı: 648


Komitə sədri işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən müştərək dini dəyərlərimiz, o cümlədən İslamın dini və mədəni abidələrinə qarşı vandalizm faktlarını həmsöhbətlərinin diqqətinə çatdıraraq, qardaş İranın nüfuzlu din xadimlərinin bu məsələyə İslam həmrəyliyi prinsipləri çərçivəsində münasibət bildirilməsinin vacibliyini xüsusi qeyd edib.

Nazir Ə. Cənnəti, İranın Qarabağın işğalını daima pislədiyini və bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirmişdir. Qarabağ məsələsində İranın beynəlxalq təşkilatlarda Azərbycanın haqlı mövqeyinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Elşad İskəndərov, DQİDK tərəfindən dəstəklənən və Azərbaycanın bir sıra dini icmaları tərəfindən irəli sürülən “ Qazi Qarabağ Azanı” təşəbbüsü barəsində məlumat verib. Komitə sədri bildirib ki,  Dövlət Komitəsinin təklifi ilə Qarabağın işğalından əvvəl son dəfə verilən və Qarabağın azad ediləcəyi simvoluna çevrilən bu azanın Xocalı soyqırımını anım günündə müsəlman ölkələrinin paytaxtlarında Azərbaycanla həmrəylik rəmzi kimi səsləndirilməsi nəzərdə tutulur.

İranlı həmsöhbətlər təşəbbüsün təqdirəlayıq olduğunu və dəstəkləndiyini bildirib. Bununla əlaqədar təşəbbüsün İranda həyata keçirilməsi üçün hər iki tərəfdən zəruri təşkilati işlər planı razılaşdırılıb./islam.az/