Qaziantepdə silahlı hücum - Yaralananlar var + Foto

qaziantepde-silahli-hucum
Oxunma sayı: 642

Türkiyənin Qaziantep vilayətində motosikletlə hərəkət edən silahlı şəxslər yol kənarındakı insanlara atəş açıblar.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hücumu törədən silahlı şəxslər hadisə yerindən uzaqlaşmağı bacarıblar. Polis cinayətkarların axtarışına başlanılıb.