Qazilər Reis Klaudineinin cəzalandırılmasını istəyir

qaziler-reis-klaudineinin-cezalandirilmasini-isteyir
Oxunma sayı: 637

İctimai Birlikdən Qol.Az-a daxil olan bəyanatda bildirilir ki, Qarabağ uğrunda döyüşlərdə iştirak edən şəxslər son zamanlar legioner oyunçuların azərbaycanlı futbolçulara, azarkeşlərə qarşı olan tərbiyəsizliklərindən hiddətləniblər.

Birliyin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, Qarabağ qaziləri “Rəvan” klubu, AFFA və PFL rəhbərliyindən son olayla bağlı ciddi tədbir görməyi tələb edir.

“Rəvan” klubunun futbolçusunun bu hərəkəti təkcə “Qarabağ” klubuna deyil, bötüvlükdə Qarabağ camaatına, onun timsalında Azərbaycan xalqına qarşı təhqirdir. Biz, Qarabağ qaziləri “Qarabağ” komandasını, onun azarkeşlərini təhqir edən bir futbolçunun tezliklə ən sərt formada cəzalandırılmasını tələb edirik. Əks təqdirdə, baş verə biləcək xoşagəlməz olaylara görə “Rəvan” klubunun rəhbərliyi və müvafiq qurumlar məsuliyyət daşıyır” – deyə bəyanatda bildirilib.