Qazlı sular qadağan edilir

qazli-sular-qadagan-edilir
Oxunma sayı: 647

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın ən böyük şəhərlərindən olan Nyu-Yorkda böyük şüşələrdə şirin və qazlı suların satışı qadağan ediləcək.

Birləşmiş Ştatlar mətbuatında dərc olunan xəbərlərdə Nyu-York şəhərindəki restoranlarda, kinoteatr və səyyar satış avtomobillərində böyük şüşələrdəki şirin və qazlı suların satışının qadağan olunacağı bildirilib.

Şəhərin bələdiyyə sədri Maykl Blumberq sözügedən qadağanın tətbiqində məqsədin əhali arasında şişmanlığın qarşısının alınması olduğunu deyərək, müvafiq qanunun gələn ilin mart ayınadək qəbul ediləcəyini qeyd edib. Blumberq şişmanlığın ABŞ-ın milli problemi olduğunu bildirərək, artıq fəal iş görmək zamanının yetişdiyini vurğulayıb.

Xarici KİV qadağanın ən çox “Fast-Food” restoranlarına, idman zallarına, enerji içkiləri istehsalçılarına zərər vuracağını yazıb.