“Qazprom” Ukraynaya təbii qaz satışını dayandırır

“Qazprom” Ukraynaya təbii qaz satışını dayandırır
Oxunma sayı: 693

Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ruslar “Naftoqaz”ın mart ayı üçün ödədiyi pulu da geri qaytarıb.

Qeyd edək ki, iki şirkət arasındakı anlaşılmazlıqla bağlı dünən Beynəlxalq Arbitraj Məhkəməsi yekun qərar verib. Qərarda “Qazprom”un Ukraynaya təbii qaz satışı ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi qeyd edilib. Məhkəmə “Qazprom”un “Naftoqaz”a 2,56 milyard dollar kompenasiya ödəməsi barədə hökm çıxarıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi