“Qəbələ” 2 legioneri ilə yolları ayırdı

qebele-2-legioneri-ile-yollari-ayirdi
Oxunma sayı: 1095

“Qəbələ” daha iki futbolçu ilə yolları ayırıb.

“Qafqazinfo” xəbər verir ki, Vitali Vernidub və Famussa Kone ilə 2017-18 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Vernidub komandanın heyətində 78 oyun keçirib və 3 qol vurub.Ötən yaydan “Qəbələ”də çıxış edən Kone isə 33 matçda 7 dəfə fərqlənib.

Xatırladaq ki, "Qəbələ" bu gün Ruslan Qurbanovla da yolları ayırıb.