“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi

“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Oxunma sayı: 1249

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı müəyyənləşib.

"Qafqazinfo" PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun komandası 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub. Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.

Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdir.

İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Komanda ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəki 3 mövsümü 3-cü pillədə başa vurub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi