“Qəbələ” “Barselona”ya qarşı

qebele-barselonaya-qarsi
Oxunma sayı: 654

“Qafqazinfo” apasport.az saytına istinadən məlumat verir ki, bu gün II Qəbələ kubokunun növbəti oyunları keçiriləcək. 15 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnirdə 8 klub mübarizə aparır.

İkinci matç günündə A qrupunda mübarizə aparan “Qəbələ” yarımfinalda iştirakını rəsmiləşdirmək üçün “Barselona” ilə həlledici oyuna çıxacaq. Bu görüşdə təmsilçimiz növbəti mərhələyə keçmək üçün rəqibinə mütləq qalib gəlməlidir. Əks halda qəbələlilər “Şaxtyor”un “Beşiktaş”la matçda xal itirməsinə ümid etməlidir.

B qrupunun lideri “Portu” isə “Zenit”lə üz-üzə gələcək. Ötən gün hər iki oyunda uduzan digər təmsilçimiz “Bakı” isə “Feyenoord”la qarşılaşacaq.

A qrupu
“Qəbələ” (Azərbaycan) – “Barselona” (İspaniya) - 0:1
11:30. “Beşiktaş” (Türkiyə) - “Şaxtyor” (Ukrayna)

B qrupu
“Portu” (Portuqaliya) – “Zenit” (Rusiya) - 1:1
11:30. “Feyenoord” (Hollandiya) - “Bakı” (Azərbaycan)