“Qəbələ” baxışa iki legioner çağırdı - Fotolar

“Qəbələ” baxışa iki legioner çağırdı
Oxunma sayı: 1041

Hazırda “Zirə” ilə yoldaşlıq görüşü keçirən “Qəbələ” baxışa yeni futbolçular dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, onlardan biri 1999-cu il təvəllüdlü Abdulkərim Kontedir. Yarımmüdafiə mövqeyindən çıxış edən futbolçu Qvineyadan dəvət olunub.

Digəri isə kolumbiyalı hücumçu Kevin Penadır.

Roman Qriqorçuk yoxlama görüşündən sonra onlar haqqında son qərarı verəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi