“Qəbələ” Fransadan futbolçu aldı

qebele-fransadan-futbolcu-aldi
Oxunma sayı: 669

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayan “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.

Fransalı Stiven Jozef-Monroz yeni mövsümdən “Qəbələ”nin şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək “Lans”ın formasını geyinib. 2010-cu ildə “Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, “Kortriyk” (2011-2012) və “Genk”in (2012-2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/13 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/12 mövsümündə isə finalçısı olub.

Jozef-Monroz 2015-2017-ci ildə Fransada “Brest”də çıxış edib. Yarımmüdafiəçi 2007-2012-ci illərdə ölkəsinin milli komandalarına cəlb olunub. Stiven Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.