“Qəbələ” İngiltərə və Almaniya klubları ilə eyni səbətdə

qebele-ingiltere-ve-almaniya-klublari-ile-eyni-sebetde
Oxunma sayı: 855

“Qəbələ” ardıcıl 6-cı dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək. “Qırmızı-qaralar” buna Azərbaycan kubokunun finalında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək, nail oldu.

“Qafqazinfo” xəbər verir ki, bölgə klubu II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Aktivində 6,250 xalı olan "Qəbələ" "səpələnmişlər" səbətində yer alacaq. Bu səbətdə "Espanyol" (İspaniya), "Vulverhempton" (İngiltərə), "AZ Alkmaar" (Hollandoya), "Ayntraxt" (Almaniya), "Strasburq" (Fransa), "Gimaraynş" (Portuqaliya), "Sparta" (Çexiya), "Atromitos" (Yunanıstan) klubları da qərarlaşıb. Bu klublar reytinq xalı daha az olan komanda ilə qarşılaşacaq.

Polşanın "Lexiya" və Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubları "qırmızı-qaralar"ın məlum olan potensial rəqibləridir.

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.