“Qəbələ” “Kəpəz”ə, “Neftçi” “Keşlə”yə qarşı

“Qəbələ” “Kəpəz”ə, “Neftçi” “Keşlə”yə qarşı
Oxunma sayı: 673

Bu gün Topaz Premyer Liqasında XIX tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Turun aşılış oyunu Gəncədə keçiriləcək. "Kəpəz" doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edəcək. Qış fasiləsindən sonra ilk qələbəsini ötən turda qazanan Yunis Hüseynovun komandası qeyri-stabil çıxışı ilə diqqət çəkən rəqibi önündə sensasiya etməyə çalışacaq. Son iki matçda qələbə qazana bilməyən "qırmızı-qaralar" isə bu uğursuzluğa son qoymaq niyyətindədirlər.

Günün son oyununda isə "Neftçi" və "Keşlə" üz-üzə gələcək. Qələbə Tərlan Əhmədovun yetirmələrinə daha çox lazımdı. Əks təqdirdə 4-cü pillədəki "Sumqayıt" "ağ-qaralar" üçün əlçatmaz olacaq. "Neftçi" son 5 qarşılaşmada olduğu kimi, yenə rəqibini xalsız qoymağa çalışacaq.

Topaz Premyer Liqası

XIX tur

9 mart (cümə)

15:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi