“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

qebele-kiyev-dinamosu-ile-qarsilasacaq
Oxunma sayı: 649

“Qəbələ” 2-ci Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə sport24.az-a məlumatı klubun meneceri Səbuhi Səfiyarlı verib.

Həmsöhbətimiz artıq 2 rəqibin müəyyənləşdiyini dilə gətirdi: “İkinci toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk matçı iyunun 30-da Albaniyanın “Kukesi” kollektivinə qarşı keçirəcəyik. İlyulun 4-də Kiyev “Dinamo”su ilə üz-üzə gələcəyik. Son rəqibimizi hələ müəyyənləşdirməsək də, həmin matçı iyulun 8-də keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, “Qəbələ”nin 1-ci Avstriya toplanışı iyunun 22-də Bolqarıstan “Ludoqorets”i ilə görüşlə tamamlanacaq və kollektiv ertəsi gün 3 günlük istirahtə buraxılacaq.