Qəbələ meşələrindəki yanğın yeni ərazilərə keçib - Fotolar + Yenilənib

qebele-meselerindeki-yangin-yeni-erazilere-kecib
Oxunma sayı: 5933

Avqustun 28-də Qəbələ rayonunun meşəliyində başlamış yanğın davam edir.

“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

Alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

***

FHN-dən verilən məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar yanğın yeni ərazilərə keçib. Hazırda yanğının qarşısını almaq mümkün olmur.