“Qəbələ” “Neftçi”nin daşını daş üstə qoymadı

qebele-neftcinin-dasini-das-uste-qoymadi-
Oxunma sayı: 643

Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda “Qəbələ” komandası 4:1 hesabı ilə qalib gəlmişdir. Oyunda “Qəbələ”nin heyətində Luiz Paulo Hilario və Yannik Kamanin dubl etmiş, rəqib komandadadn isə Bahodir Nasimov fərqlənmişdir.
Quzanlı Olimpiya İdman Kompleksində “Qarabağ” komandası “Xəzər-Lənkəran”ı qəbul etmişdir. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Qarabağ”ın futbolçusu Georgi Adamiyanın vurduğu qol komandasına minimal hesablı qələbə qazandırmışdır – 1:0.
“Şəfa” stadionunda “Rəvan” komandası “Sumqayıt”ın qonağı olmuşdur. Maraqlı idman mübarizəsi şəraitində keçən matçda “Rəvan” komandası 1:0 hesablı qələbə qazanmışdır. Oyunda qolu “Rəvan”ın heyətində Miloş Zeçeviç vurmuşdur.
Zaqatala şəhər stadionunda keçirilən “Simurq”-“Kəpəz” qarşılaşması heç-heçə ilə (1:1) başa çatmışdır.
Baş hakim Elvin Əsgərovun idarə etdiyi oyunda “Simurq”un heyətində Vidas Alunderis, rəqib komandadan isə Nikolay Svejentsev fərqlənmişlər.
Tovuz şəhər stadionunda “Turan” komandası AZAL-ı qəbul etmişdir. Maraqlı idman nübarizəsi şəraitində keçən oyunda “Turan” rəqib qapısından 3 cavabsız top keçirmişdir. Qarşılaşmada qolları “Turan”ın heyətində Muammer Erdoğdu, Emin Ağaməmmədli və Aydın İslamov vurmuşlar.
“Bakı” klubu öz təlim-məşq bazasında “İnter”lə qarşılaşmış və oyunda yeganə qolu “İnter”in futbolçusu İbrahim Niasse vurmuşdur – 1:0.
Turnir cədvəlində “Neftçi” 49 xalla birinci, “İnter” 48 xalla ikinci yerdədir. “Qarabağ” (44 xal) bu turda qazandığı qələbə nəticəsində üçüncü pilləyə yüksəlmişdir.