“Qəbələ” onu göndərir

qebele-onu-gonderir
Oxunma sayı: 1556

Yay fasiləsində Türkiyənin “Qazışehir Qazientep” klubundan “Qəbələ”yə keçən Ekiqo Ehiosun qışda komandanı tərk edəcək. “Qafqazinfo” xəbər verir ki, nigeriyalı forvardla bitən müqavilə uzadılmayacaq.

Səbəb isə onun çıxışının “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuku qane etməməsidir.

Hətta hücumçu ilə yayda imzalanan müqavilədə buna dair bənd də yer alıb. Belə ki, sözləşməyə “əgər özünü yaxşı tərəfdən göstərə bilib əsas heyətə düşməsə müqavilə uzadılmayacaq” deyə bənd əlavə edilib. 

Qeyd edək ki, Ekiqo “Qəbələ”də 6 oyunda meydana çıxsa da, heç bir qarşılaşmada fərqlənməyi bacarmayıb.